• 18 Sentyabr 2020
logo
Azərbaycanda mobil rabitə sektorunun gəlirləri artıb

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 362,8 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,2%-ni təşkil edib.

"Bu ilin ilk beş ayında informasiya və rabitə müəssisələri tərəfindən 859,7 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 71,9%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 4,5% artıb. Bu sahədə əldə olunan gəlirin 79,9%-i qeyri-dövlət sektorunun payına düşüb", - deyə komitədən bildirilib.