• 19 Mart 2025
logo
Azərbaycan dövlət büdcəsində 2,3 mlrd. manatdan çox profisit yaranıb

Azərbaycan dövlət büdcəsində 2,3 mlrd. manatdan çox profisit yaranıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 574,2 mln. manat, xərcləri isə 7 267,7 mln. manat təşkil edib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir.

Ötən ilin ilk beş ayı ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 27,6%, xərcləri isə 0,7% artıb. Hesabat dövründə dövlət büdcəsində 2 306,5 mln. manatlıq profisit yaranıb.