• 23 Sentyabr 2020
logo
Azərbaycanda alternativ enerji istehsalı artıb

Azərbaycanda alternativ enerji istehsalı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı Külək, Günəş Elektrik Stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 151,9 mln. kVt- saat elektrik enerjisi istehsal edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 mln. kVt-saat çoxdur.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövrü Külək Elektrik Stansiyalarında 45,1 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında 18,1 mln. kVt•saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 88,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Məlumata əsasən, hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında 200,8 mln. kVt-saat artaraq 10 095,6 mln. kVt•saat, Su Elektrik Stansiyalarda isə 150,5 mln. kVt-saat azalaraq 549,0 mln. kVt-saat təşkil edib.