• 23 Aprel 2024
logo
Bugünkü valyuta hərracında banklar 45 mln. dollar cəlb edib

Bugünkü valyuta hərracında banklar 45 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 44,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (2 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 13,9% və ya 7,2 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.