• 13 İyul 2020
logo
AMB bağlanan bankların sığorta şirkətlərinə kapitalın bərpası üçün qısa möhlət verib

AMB bağlanan bankların sığorta şirkətlərinə kapitalın bərpası üçün qısa möhlət verib

"Bağlanan banklara məxsus sığorta şirkətlərinin maliyyə vəziyyəti diqqətimizdədir". "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib. "Yoxlamalar göstərir ki, "AtaSığorta"da vəziyyət sağlamdır. "Amrahsığorta” və "Rəvan sığorta"da isə kapital çatışmazlıqları var. Hər iki sığorta şirkətinə qısa möhlət verilib ki, kapitallarını bərpa etsinlər".