• 20 Aprel 2024
logo
Neft Fondu mayda valyuta satışını azaldıb

Neft Fondu mayda valyuta satışını azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin may ayında satılan vəsaitin həcmi açıqlanıb.

Fonddan verilən məlumata görə, 2020-ci ilin may ayı ərzində ARDNF tərəfindən 334 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin aprel ayı ilə müqayisədə 37,1%, ötən ilin may ayı ilə müqayisədə isə 5,2% azdır.

"APA-Economics"in apardığı hesablamalara görə, bu ilin yanvar-may aylarında ARDNF tərəfindən 3 637 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-may aylarında 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satıb.