• 18 Aprel 2024
logo
AMB-nin xalis xarici aktivləri artıb

AMB-nin xalis xarici aktivləri artıb

Bu ilin mayın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 17 798,6 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 083,5 mln. manat və ya 6,5% artım deməkdir.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, Mərkəzi Bankın xalis xarici aktivləri son bir ayda isə 34,8 mln. manat və ya 0,2% artıb.

2020-ci ilin mayın 1-nə AMB-nin xalis daxili aktivləri isə son bir ayda 464,2 mln. manat və ya 5,2% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 735 mln. manat və ya 9,5% artaraq 8 493,3 mln. manat təşkil edib.