• 3 Dekabr 2020
logo
"COVİD 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər

"COVİD 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər

"COVİD 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər.
Bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.
Onun sözlərinə görə, "COVİD 19" pasportunun Azərbaycanda tətbiqi məsələsi uçuşlar bərpa olunduqdan sonra müzakirə olunacaq:
"İndidən bu sistemin tətbiqi ilə bağlı danışmaq tezdir. Hələ ki, sərhədlərin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddəti iyunun 15-dək uzadılıb. "COVİD 19" pasportu ilə bağlı müzakirələr aparıldıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək".
Qeyd edək ki, "COVİD 19" pasportu beynəlxalq təcrübədə tətbiq olunan bir sistemdir. Avropada ilk olaraq bu sistemdən istifadəni Xorvatiyanın turizm naziri Gari Cappelli təklif edib.
"COVİD 19" pasportunda koronavirus testinin nəticəsi, keçirilmə tarixi və sağlamlıq haqqında arayış qeyd olunması nəzərdə tutulur. İnsanların bu pasportdan səyahət zamanı istifadə etmələri planlaşdırılır.