• 18 Avqust 2019
logo
add image
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək

“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Agentliyin İctimai Şurasında təmsil olunan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə iyulun 19-da mikro, kiçik və orta sahibkarlar üçün “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək.
Tədbirin təşkilində məqsəd sahibkarların bazarın öyrənilməsi, marketinq, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə edilməsi barədə məlumatlandırılmasıdır.
Seminarda iştirak ödənişsizdir.
Seminar saat 15.00-da, KOBİA-nın inzibati binasında (Ünvan: Atatürk prospekti, 134) keçiriləcəkdir.
Qeydiyyat üçün əlaqədar şəxs: Urfan Nəbiyev (tel: (055) 200-03-28, e-mail: [email protected]).