• 25 Oktyabr 2020
logo
Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 33,6 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 17% azdır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-aprel aylarında günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 12,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (6,1% artım).
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 606 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 4,7% çoxdur. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 7 959,8 mln. kVt-saat istilik (7%-lik artım), 334,1 mln. kVt-saat su elektrik (25,6% azalma) stansiyaların payına düşüb.