• 1 İyun 2020
logo
Hindistan Azərbaycandan neft idxalını apreldə kəskin artırıb

Hindistan Azərbaycandan neft idxalını apreldə kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Hindistan Azərbaycandan 5,4 mln. barel neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% azdır.
"Reuters"in verdiyi məlumata görə, dördaylıq dövr üzrə azalmaya baxmayaraq, apreldə Hindistan Azərbaycandan neft idxalını kəskin artırıb. Belə ki, ötən ay Hindistan Azərbaycandan 1,98 mln. barel neft idxal edib. Bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 95,4% çoxdur. Bu ilin mart ayı ilə müqayisədə isə apreldə idxal 25,7% azalıb.
Qeyd edək ki, Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısıdır və hesabat dövründə bu ölkəyə ən çox İraq (130,3 mln. barel) və Səudiyyə Ərəbistanı (101,1 mln. barel) neft idxal edib.