• 28 Noyabr 2020
logo
Azərbaycan yanvar-apreldə Gürcüstanın əsas ixrac tərəfdaşı olub

Azərbaycan yanvar-apreldə Gürcüstanın əsas ixrac tərəfdaşı olub

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi illik müqayisədə 11,8% artaraq 3 463,5 mln. ABŞ dollarına çatıb.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Hesabat dövründə qonşu ölkənin ixracı illik ifadədə 11,9% azalaraq 1 001,3 mln. dollar, idxal isə 11,8% azalaraq 2 462,2 mln. dollar təşkil edib. Yanvar-aprel ayları ərzində Gürcüstanın mənfi ticarət saldosu 1 460,8 mln. dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 42,2%-nə bərabər olub.

Hesabat dövründə Gürcüstanın əsas ixrac tərəfdaşı Azərbaycan olub – 145,2 mln. dollar. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Çin (135,5 mln. dollar) və Rusiya (125,6 mln. dollar) qərarlaşıb. İdxalda isə Azərbaycan Gürcüstanın ən çox mal və məhsullar idxal etdiyi üçüncü ölkə olub. Birinci və ikinci yerlərdə müvafiq olaraq Türkiyə (406 mln. dollar) və Rusiya (270,1 mln. dollar) qərarlaşıb.

2020-ci ilin yanvar-aprel ayları ərzində Gürcüstanın əsas ixrac məhsulu mis filizi və konsentratları olub. Yanvar-aprel ayları ərzində qonşu ölkə 215,7 mln. dollar dəyərində mis filizi və konsentratları ixrac edib ki, bu da ümumi ixracın 21,5%-ni təşkil edib. Avtomobillərin təkrar ixracı isə 134,8 mln. dollar təşkil edib. Cari ilin ilk dörd ayı ərzində Gürcüstanın idxal etdiyi əsas məhsullar isə avtomobil (186,1 mln. dollar), neft və neft yağları (171,2 mln. dollar) və mis filizi və konsentratları (166,1 mln. dollar) olub.