• 2 Dekabr 2020
logo
Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar proqnozdan 43% artıq icra olunub

Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar proqnozdan 43% artıq icra olunub

2019-cu ildə dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərin altındakı torpaqların icarəyə verilməsindən dövlət büdcəsinə 11 440,3 min manat vəsait daxil olub.

“APA-Economics” bu barədə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Bildirək ki, bu da 2018-ci ilin icra göstəricisindən 1 573,4 min manat və ya 15,9% çoxdur.

Qeyd edək ki, 2019-cu ildə dövlət büdcəsinə dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərin altındakı torpaqların icarəyə verilməsindən 8 mln. manat proqnozlaşdırılırdı. Bu da icranın proqnozdan 3 440,3 min manat və ya 43% artıq icra olunduğunu göstərir.