• 25 Noyabr 2020
logo
SOCAR-da “OPEC+” razılaşmasının icrası müzakirə olunub

SOCAR-da “OPEC+” razılaşmasının icrası müzakirə olunub

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə onlayn müşavirə keçirilib.

SOCAR-dan verilən məlumata görə, SOCAR-ın rəhbər heyətin və şirkətin strukturuna daxil olan müəssisə rəhbərlərinin qatıldığı müşavirədə “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasından irəli gələn tədbirlərin icrası ilə bağlı cari vəziyyət müzakirə olunub.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

Xatırladaq ki, “OPEC+” çərçivəsində Azərbaycanda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbirlərin icrası SOCAR-a tapşırılıb.