• 2 Dekabr 2020
logo
Azərbaycanda çay idxalı ixracı 5 dəfədən çox üstələyib

Azərbaycanda çay idxalı ixracı 5 dəfədən çox üstələyib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumi dəyəri 3 283,69 ABŞ dolları olan 493,36 ton çay ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk dörd ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 23,5%, həcmi isə 17,7% artıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,6%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 17 275,09 min dollar təşkil edən 4 563,44 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi, 4,2%, dəyəri isə 3,5% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,51% təşkil edib.

Göründüyü kimi, cari ilin ilk dörd ayında Azərbaycanda çay idxalı ixracı 5,2 dəfə üstələyib.