• 28 Noyabr 2020
logo
Bugünkü valyuta hərracında banklar 55 mln. dollar cəlb edib

Bugünkü valyuta hərracında banklar 55 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 54,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (12 may 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 14,2% və ya 6,8 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.