• 26 Noyabr 2020
logo
Azərbaycanın ixracında özəl sektorun payı artıb

Azərbaycanın ixracında özəl sektorun payı artıb

Bu ilin yanvar-aprel ayları ərzində özəl sektor tərəfindən Azərbaycandan 3 174 969,25 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorun ixracında 12% artım qeydə alınıb.

Hesabata əsasən, bu müddətdə özəl sektorun ölkənin cəmi ixrac əməliyyatlarında xüsusi çəkisi də 40%-dən 50,34%-ə yüksəlib.

Ölkə üzrə cəmi idxalın isə 72,37%-i (ötən ilin müvafiq dövründə 55,5%) və ya 2 447 503,85 min dolları (2 523 667,33 min dollar) məhz özəl sektorun payına düşüb. Özəl sektor tərəfindən idxalın dəyəri illik müqayisədə 3% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,8% azalaraq 9 688,2 mln. ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan xarici ölkələrə 6 306,4 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 3 381,8 mln. dollar olub. Nəticədə, 2 924,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.