• 24 Noyabr 2020
logo
KİV: "OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin iclası iyunun 8-də keçiriləcək

KİV: "OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin iclası iyunun 8-də keçiriləcək

“OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Nazirlərinin Monitorinq Komitəsinin iclası 8 iyun 2020-ci il tarixində keçiriləcək.

“APA-Economica”in verdiyi məlumata görə, bu barədə TASS mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, “OPEC+” Texniki Komitəsinin iclası iyunun 4-də keçiriləcək. Bütün görüşlərin video-konfrans formatında keçirilməsi planlaşdırılır.

Digər mənbənin sözlərinə görə, adətən Monitorinq Komitəsinin tövsiyələrinə baxıldığı OPEC və qeyri-OPEC ölkələri nazirinin geniş görüşləri planlaşdırıldığı kimi, 9 və 10 iyun tarixlərində keçiriləcək.

"Yüksək ehtimalla onlar onlayn rejimdə təşkil olunacaq", - mənbə qeyd edib.