• 26 Noyabr 2020
logo
Tahir Mirkişili sahibkarlarla görüşdü

Tahir Mirkişili sahibkarlarla görüşdü

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin iştirakı ilə keçirilmiş və iki saat yarım davam edən onlayn B2G forum çərçivəsində sahibkarların koronavirus pandemiyası dövründə qarşılaşdıqları məsələlər müzakirə olunub və onların təklifləri dinlənilib.
KANAL 5 xəbər verir ki, virtual müzakirələr zamanı Tahir Mirkişili biznes fəaliyyətinin optimallaşması istiqamətində qəbul olunan və müzakirə edilən qanun layihələrindən danışıb:
“Sahibkarlarla onlayn görüşümüz fikrimcə çox faydalı oldu. Sahibkarlığın qanun çərçivəsində inkişafı, sahibkarların daha çox investisiya qoyması və yeni iş yerləri açması üçün qanunvericiliyin təkmilləşdirilməsi və dövlət başçısının islahat xətti ilə uzlaşdırılması üçün bütün imkanlardan istifadə ediləcək. Təşkilatçılara və təşəbbüs göstərən sahibkarlara təşəkkür edirəm!”.
Komitə sədri həmçinin sahibkarların təkliflərini dinləyib.