• 5 Dekabr 2020
logo
Nazirlik: Apreldə neftə olan tələbatın azalması misli görünməmiş idi

Nazirlik: Apreldə neftə olan tələbatın azalması misli görünməmiş idi

Bu ilin aprel ayında neft və neft məhsullarına gündəlik qlobal tələbat ən pik vaxtı 30 mln. barel azalırdı.

Bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin deyib.

"Bu il biz misli görünməmiş bir vəziyyətə düşmüşdük. Aprel ayında gündəlik tələbat, demək olar ki, ən yüksək həddə – 30 mln. barel azalırdı. Yəni bu, neft və neft məhsullarına tələbatın 30% azalması deməkdir. Belə hallar nə pandemiyada, nə müharibələr, nə də iqtisadi böhranlar zamanı olmayıb", - deyə P. Sorokin bildirib.