• 26 Noyabr 2020
logo
Azərbaycanda kredit kartları ilə əməliyyatların həcmi 33% artıb

Azərbaycanda kredit kartları ilə əməliyyatların həcmi 33% artıb

Azərbaycanda dövriyyədə olan kredit kartları ilə bu ilin mart ayı ərzində 161 mln. manat həcmində əməliyyat həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 9,5% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 33% artım qeydə alınıb.

Mart ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 45 mln. manatı ATM, 63 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 37 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 145 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 39,4 % artım deməkdir.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 16 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 23,8%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 5,9% azdır.