• 20 Sentyabr 2020
logo
Norveç 2020-ci ilin ikinci yarısında neft hasilatını azaldacaq

Norveç 2020-ci ilin ikinci yarısında neft hasilatını azaldacaq

Norveç 2020-ci ilin iyunundan dekabra qədər neft hasilatını azaltmaq niyyətindədir.
Bu barədə ölkənin neft və enerji naziri Tina Bru açıqlama verib.
"İyun ayında biz gündəlik neft hasilatını gündə 250 min barel/sutkaya (b/s), 2020-ci ilin ikinci yarısında isə 134 min b/s azaldacağıq", - nazir hökumətin saytında dərc edilən şərhdə bildirib. T.Bru həmçinin əlavə edib ki, bir sıra yeni yataqların kəşfi 2021-ci ilə qədər təxirə salınacaq.
"Beləliklə, Norveçdə ümumi neft hasilatı 2020-ci ilin dekabr ayında əvvəlcədən planlaşdırıldığından 300 min b/s az olacaq", - nazir əlavə edib və neft hasilatının azaldılması kvotalarının şirkətlər arasında bərabər paylanacağın bildirib.