• 4 Dekabr 2024
logo
Baş nazir: Rusiya qazı Ukraynadan keçməklə Aİ ölkələrinə nəql olunmayacağı təqdirdə, bunun Xorvatiyaya böyük təsir olmayacaq

Baş nazir: Rusiya qazı Ukraynadan keçməklə Aİ ölkələrinə nəql olunmayacağı təqdirdə, bunun Xorvatiyaya böyük təsir olmayacaq

“Üçüncü mandatında olan hökumətimiz strateji qərar qəbul edib. İlk mandatımızda Xorvatiya üzən mayeləşdirilmiş təbii qaz terminalı əldə etdi. Bu terminal nəinki öz ehtiyaclarımızı - yəni ildə bizi 2,8 milyard kubmetr qazla təmin edə bilər, həm də tutumunu 6,1 milyard kubmetrə çatdıra bilərik ki, bu da qonşu ölkələr üçün qaz mənbəyi olar”.

APA xəbər verir ki, bunu Bakıda keçirilən COP29-da iştirak edən Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç deyib.

Baş nazir əlavə edib ki, ona görə də Ukraynadan keçməklə Avropa İttifaqı ölkələrinə Rusiya qazı nəql olunmayacağı təqdirdə, bunun ən azı Xorvatiyaya böyük təsiri olmayacaq.