• 23 Sentyabr 2020
logo
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 27-də 16,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,35 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 14,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 15,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 13,62 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,39 dollar/barel azdır.