• 26 Avqust 2019
logo
add image
SOCAR istiqrazlarının sahibləri 13.75 milyon dollar qazanacaq

SOCAR istiqrazlarının sahibləri 13.75 milyon dollar qazanacaq

İyulun 17-si SOCAR İstiqrazlarının növbəti faiz ödənişi ediləcək. SOCAR istiqrazlarının sahiblərinə yenə 1.25 milyon dollar ödəniləcək. Faizləri hər 3 aydan-bir ödənilən və dollarda illik 5 faiz gəlir qazandıran SOCAR istiqrazlarının 17 iyul tarixində 2019-cu il üzrə 3-cü, sayca 11-ci faiz ödənişi baş tutacaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara yüksəlmiş olacaq.
“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1.25 milyon dollar vəsait artıq Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.
Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – 2019-cu ilin ilk yarısında 232, ümumilikdə isə 1791 əqd bağlanıb.
1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 iyul tarixində ümumi faiz ödənişlərinin artıq yarıdan çoxu yekunlaşmış olacaq və müddətin sonunda istiqraz sahiblərinin ümumi gəliri 25 milyon dollar təşkil edəcəkdir.