• 5 Noyabr 2024
logo
ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb

ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 364,465 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 3,25 dəfə azalma deməkdir.

ARDNF-dən verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.10.2024 tarixinə) 113,878 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalma deməkdir.

Xatırladaq ki, ötən il ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 308 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır. Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.01.2024 tarixinə) 324,396 mln. ABŞ dolları olub, bu da isə 1,3% azalma deməkdir.