• 28 Sentyabr 2020
logo
Azərbaycanda bu il özəl sektorun ixracı 1,5 mlrd. dolları ötüb

Azərbaycanda bu il özəl sektorun ixracı 1,5 mlrd. dolları ötüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda özəl sektor tərəfindən 1 532 920,4 min ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirilib.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, özəl sektorun ixrac əməliyyatlarının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,8% artıb.
Beləliklə, bu ilin birinci rübündə ölkə üzrə cəmi ixracın 36,4%-ni özəl sektor əhatə edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,5% bəndi çoxdur.
Həmçinin, hesabat dövründə özəl sektor tərəfindən idxal illik 3% artaraq, bu ilin birinci rübündə 1 826 754,11 min dollara yüksəlib. Ölkə üzrə cəmi idxalda özəl sektorun payı isə 2019-cu ildəki 56,6%-dən ötən il 69,3%-ə çatıb.