Əmək müqavilələrinin sayı bu ilin əvvəlindən 84,5 min artıb
Əmək müqavilələrinin sayı bu ilin əvvəlindən 84,5 min artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirlərinin geniş miqyas alması əmək müqavilələrinin sayında davamlı artıma şərait yaradıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi" e-sistemindən əldə olunan məlumata əsasən, bu ilin əvvəlindən özəl sektorda əmək müqavilələrinin sayı 84,5 min artıb.
Qeyd edək ki, pandemiya dövründə sosial dəstək paketinin mühüm bir istiqaməti dövlət və qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına, işçilərin əsassız yerə işdən çıxarılmamasına yönəlib.
Bu məqsədlə Nazirlik tərəfindən "Əmək müqaviləsi bildirişi" e-sistemi vasitəsilə işəgötürənlərə bildiriş-xəbərdarlıq göndərilib və bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.
İş yerlərinin qorunmasına nail olunması ilə yanaşı, əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi görülən kompleks sosial-iqtisadi tədbirlərin daha bir müsbət nəticəsidir.
21 Aprel 2020 17:18
1 813
Digər xəbərlər
18 Avqust 2026 11:58
2 366
18 Fevral 2026 15:11
2 912
8 Dekabr 2025 11:07
2 730
2 Dekabr 2025 22:02
2 632
17 Noyabr 2025 11:21
2 856
17 Noyabr 2025 11:20
2 779
23 Oktyabr 2025 11:06
3 129
23 Oktyabr 2025 11:03
3 108
10 Oktyabr 2025 10:01
3 087