• 24 Sentyabr 2020
logo
Gürcüstan Azərbaycandan qaz idxalını 7% azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını 7% azaldıb

Bu ilin I rübündə Gürcüstanın Azərbaycandan qaz idxalı illik müqayisədə 50 575,3 kubmetr və ya 7% azalaraq 667 698,4 kubmetr təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.
Cari ilin ilk rübündə Gürcüstanın Azərbaycanda idxal etdiyi qazın dəyəri 115 582,3 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 7 821,4 min dollar və ya 6,3% azdır.
Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 123 403,7 min dollar dəyərində 718 173,7 kubmetr qaz idxal edib.