• 22 Sentyabr 2020
logo
Azərbaycanda əhali son üç ayda ödənişli xidmətlərdən daha az istifadə edib

Azərbaycanda əhali son üç ayda ödənişli xidmətlərdən daha az istifadə edib

2020-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,5 faiz azalaraq 2 milyard 6,1 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 472,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Cari ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 201,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 11,0 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.