• 23 Oktyabr 2020
logo
“ADY Express”: Bu il “Şərq” vaqon deposunda 202 vaqon təmir edilib

“ADY Express”: Bu il “Şərq” vaqon deposunda 202 vaqon təmir edilib

2020-ci ilin ilk 3 ayı ərzində, “Şərq” vaqon deposunda ümumən 202 vaqonun cari və depo təmiri həyata keçirilib. Onlardan arasında 94 ədəd çən vaqon, 42 yarımvaqon, 4 örtülü vaqon, 51 refrejirator və 11 platforma təşkil edib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC -nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC-dən bildirilib.

Qeyd edilir ki, Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz təmin edilməsi üçün, yük vaqonlarının cari və depo təmirləri vaxtında həyata keçirilməlidir. MMC-nin tərkibində fəaliyyət göstərən və Ələt qəsəbəsində yerləşən, “Şərq” vaqon deposu, koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitində fəaliyyətini davam etdirir.

Koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına uyğun olaraq, ADY Express “Şərq” vaqon deposunun fəaliyyətinin davam etdirilməsi üçün depo ərazisində xüsusi rejim tətbiq edib. Depoda çalışan əməkdaşların təhlükəsizliyini qorumaq məqsədi ilə bütün lazım olan tədbirləri həyata keçirirb. Depoda növbəli iş rejimi yaradılıb, dezinfeksiya işləri mütəmadi olaraq aparılır, əməkdaşlar şəxsi qoruyucu alətlərlə təmin edilib.