• 27 İyul 2024
logo
Beynəlxalq Maliyyə Korporasiyasına Avropa üzrə yeni Regional Direktor təyin edilib

Beynəlxalq Maliyyə Korporasiyasına Avropa üzrə yeni Regional Direktor təyin edilib

İnes Roça Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə Regional Direktoru təyin edilib.

Bu barədə "APA-Economics"ə IFC-dən bildirilib.

"Region üzrə direktor qismində xanım Roça diqqətini Qərb, Mərkəzi və Şərqi Avropa ölkə ofislərində IFC-nin regional qruplarına rəhbərlik etməyə və əsas müştəri, hökumət və maraqlı tərəflərlə əlaqələrin idarə edilməsinə yönəldəcək. O, həmçinin IFC-nin regionda strategiyasının həyata keçirilməsini formalaşdıracaq və istiqamətləndirəcək, Dünya Bankı və MIGA ilə sıx əməkdaşlıq, biznesin inkişafına rəhbərlik və IFC-nin sektorlar üzrə əməliyyatlarına nəzarət edəcək" - IFC-dən əlavə edilib.