• 22 İyun 2024
logo
Nazir müavini: Hal-hazırda üç dəhliz üzərində iş aparırıq

Nazir müavini: Hal-hazırda üç dəhliz üzərində iş aparırıq

Bizim qarşımızda duran əsas məsələlərdən biri ölkəmizdə istehsal edilən yaşıl enerjinin Avropa ölkələrinə ixracı üçün zəruri infrastrukturun qurulmasıdır.

“APA-Economics” xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün keçirilən COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfrans zamanı deyib.

O bildirib ki, hazırda 3 dəhliz üzərində iş aparılır:

"Birinci istiqamət "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizi, ikinci istiqamət Zəngəzur dəhlizi, üçüncü istiqamət isə Mərkəzi Asiya ölkələrindən yaşıl enerji resurslarının Avropaya ixrac edilməsidir".