• 23 Sentyabr 2020
logo
Azərbaycanda ötən il 300 milyon manatdan çox sığorta ödənişi edilib

Azərbaycanda ötən il 300 milyon manatdan çox sığorta ödənişi edilib

2019-cu il ərzində Azərbaycanda sığorta sektorunun cəmi aktivləri 14,2% (174 mln. manat) artaraq 1397 mln. manat təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatda deyilir.

2019-cu ildə toplanmış sığorta haqları əvvəlki ilə nəzərən 6,4% azalaraq 681,5 mln. manat, sığorta ödənişləri isə 25,2% artaraq 301 mln. manat təşkil edib.

Sığorta haqlarının 67%-i (456 mln. manatı) könüllü, 33%-i (225 mln. manat) isə icbari sığorta növlərinin payına düşür.