• 1 Aprel 2023
logo
Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub

Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub

2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 59,3 milyon manat investisiya qoyulub. Ölkə üzrə əsas kapitala yönəldilən ümumi vəsaitin 0,3%-i bu sahənin payına düşüb.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, bu sahədə investisiya qoyuluşu bütövlükdə daxili
mənbələr hesabına formalaşıb. 2015-2018-ci illər ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 914,7 milyon manat investisiya yatırılıb. Qoyulan investisiyanın 65,8%-i və ya 602,2 mln. manatı yerləşdirmə obyektlərində xidmətlərin göstərilməsi, 34,2%-i və ya 312,5 milyon manatı isə ictimai iaşə xidmətlərinin göstərilməsi sahələrinə yönəldilib.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyərin həcmində davamlı artım müşahidə olunub və bu göstərici 2019-cu ildə 6,4% təşkil edib.

Artımın səviyyəsi 2016-cı ildə 2,1%, 2017-ci ildə 6,9% və 2018-ci ildə isə 7,6% olub.