• 27 İyul 2024
logo
Mövlud Süleymanlının vəziyyəti açıqlanıb

Mövlud Süleymanlının vəziyyəti açıqlanıb

Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, yazıçı süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir.

"Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur", - deyə Ruzbeh Məmməd qeyd edib.