• 2 İyul 2025
logo
Mehriban Alışovanın rənglərinin sehirli işığında

Mehriban Alışovanın rənglərinin sehirli işığında

Oktyabrın 14-də Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda rəssam Mehriban Alışovanın Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Rənglərin Sehirli İşığı" adlı ilk fərdi sərgisinin açılış mərasimi keçirilib. Sərgidə Mehriban xanımın son illər ərzində yaratdığı rəsm əsərləri nümayiş etdirilib. Qeyd edim ki, Mehriban Alışovanın əsərləri bənzərsizliyi və rənglərinin harmoniyası ilə insanda tamamilə fərqli, məlhəm və əsrarəngiz duyğular oyadır. Bu tablolarda Mehriban xanımın sirli dünyagörüşü, daxili aləminin rəngarəngliyi, duyğularının müxtəlif çalarlarla ifadə olunan cizgiləri əks olunub. Mehriban Alışova bu sərgini bir yaradıcı olaraq Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bu ilə tövhə verməyi vətəndaşlıq borcu olaraq qiymətləndirib. Nüşabə Murad