• 24 Aprel 2024
logo
Könüllülərlə bağlı tədbirlər təxirə salınd

Könüllülərlə bağlı tədbirlər təxirə salınd

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, 2019-cu il ərzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən paytaxtımızda və regionlarda, o cümlədən, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında, Gəncə Dövlət Universitetində, Bakı Humanitar kollecində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Turizm və Menecment Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında könüllülərlə bağlı müxtəlif görüş və maarifləndirici tədbirlər keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 27-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün kütləvi tədbirlərin təxirə salınmasına dair 7 mart 2020-ci il tarixində qərar qəbul olunub.

Bütün bunları nəzərə alaraq, Mərkəzin könüllülərlə bağlı bütün tədbirləri 2020-ci ilin aprel ayına qədər təxirə salınıb.