• 25 Aprel 2024
logo
Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

Təbrizli sənətçilərin hazırladığı "Su = Həyat" animasiya filmi Amerikada keçirilən Dünya su filmləri festivalında ən yaxşı animasiya mükafatına layiq görülüb.
Festival Nyu Yorkdakı Kolumbiya Universitetində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri və ətraf mühit üzrə ekspertlərin iştirakı ilə keçirilib.
Filmin rejissoru Məhəmməd Zare, prodüseri Əkrəm Xoşvəqt, ssenari müəllifi isə Rəna Vaezidir.
Məhəmməd Zare festivalın tamaşaçıları qarşısında qısa çıxışında Urmiya gölünün ağır vəziyyətindən, bu ekoloji böhrana diqqət yetirilməsinin zəruriliyindən və suyun həyati əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Təbriz şəhərində stop-motion texnikası ilə hazırlanan bu əsərin prodüserləri arasında Fərşad İbrahimi və Sepide Lütfi də var.