• 20 Aprel 2024
logo
Qala divarında yazıların təmizlənməsi üçün xaricdən mütəxəssislər dəvət edilib

Qala divarında yazıların təmizlənməsi üçün xaricdən mütəxəssislər dəvət edilib

Bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
“Lakin həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir”, - o qeyd edib.