• 6 İyul 2025
logo
Tanınmış amerikalı yazar “ABŞ-Azərbaycan Mədəniyyət Fondu” yaradıb

Tanınmış amerikalı yazar “ABŞ-Azərbaycan Mədəniyyət Fondu” yaradıb

ABŞ-da fəaliyyət göstərən amerikalı jurnalist Nurit Qrinqer (Nurit Greenger) “ABŞ-Azərbaycan Mədəniyyət Fondu” yaradıb.
Bu barədə xəbəri o, öz feysbuk səhifəsində paylaşıb.
Xanım Qrinqer yazır: “2022-ci ilin iyun ayı ərzində Azərbaycanda oldum, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfər etdim və Şuşa şəhərinə səfərimi yekunlaşdırdım. Bu səfərlə bağlı məqalələrim geniş yayıldı. İndi isə yeni bir publisist səyahətinə çıxdım və “ABŞ-Azərbaycan Mədəniyyət Fondu”nu təsis etdim. Fondun məqsədi Azərbaycan və ABŞ, xüsusən də Qərblə, mədəniyyət, media, bədii və sənədli filmlərin yaradılması ilə iki ölkə arasında əlaqələrin möhkəmləməsinə töhfə verməkdir. Ümid edirəm ki, çoxunuz bizə bu missiyada dəstək olacaqsınız”.

Tanınmış amerikalı yazar