• 29 Mart 2024
logo
"Abidələrimiz ermənilər tərəfindən ya məhv edilib

"Abidələrimiz ermənilər tərəfindən ya məhv edilib - Faiq İsmayılov 

"İndiki Ermənistan ərazisində Azərbaycanın (mənim hesablamama görə) 3500 Tarix və mədəniyyət abidələri mövcud olub". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında ekspert Faiq İmayılov deyib. F. İsmayılov bildirib ki, onlardan 391-i məscid, 500 Tarixi əhəmiyyətli qəbristanlıq eləcədə digər xristianlığa qədər və xristianlıq dövrü abidələrimiz ermənilər tərəfindən ya məhv edilib ya da formaları dəyişdirilərək mənimsənilib: "İrəvan şəhərində bütün bir şəhərin varlığı tamamilə silinib. Bu vandalizm aktını ermənilər nə qədər ehtiyatla aparsalar da Azərbaycanın mədəni irs nümunələrinə hələ də rast gəlmək mümkündür. Belə ki, Təpəbaşı məhəlləsinin indiki görkəmi Azərbaycanın mədəni irsi baradə ümumi məlumat verə bilir. Mən keçən il Sərdar sarayının qalıqlarını İrəvan şəhərinin mərkəzində aşkar etdim. Sarayın bir hissəsi hələ də mövcudluğunu itirməyib".

Əli