• 19 Aprel 2024
logo
Karlos Santana xəstəxanaya yerləşdirilib

Karlos Santana xəstəxanaya yerləşdirilib

Virtouz gitara ustası Karlos Santana xəstəxanaya yerləşdirilib.
“sozcu.com.tr”nin verdiyi xəbərə görə, konsert zamanı 74 yaşlı musiqiçinin halı qəfil pisləşib.
Tibb işçilərinin yardım göstərməsindən sonra gitaraçı tamaşaçılara əl sallayaraq səhnədən enib.
O, daha sonra xəstəxanaya aparılıb.
Hazırda Karlos Santananın səhhətinin normal olduğu bildirilib.