• 11 Avqust 2022
logo
"Kirovdakı azərbaycanlılar olaraq Azərbaycan uğurunda mübarizəyə hər zaman hazırıq"

"Kirovdakı azərbaycanlılar olaraq Azərbaycan uğurunda mübarizəyə hər zaman hazırıq" - Osman Alıyev

Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Mərkəzin sədri Osman Alıyev tərəfindən Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib: “Müstəqillik əldə etdikdən sonra Azərbaycan diasporu böyük inkişaf yolu keçib. Milli diasporumuz ulu öndər Heydər Əliyevin tövsiyə və tapşırıqlarına riayət edərək öz fəaliyyətində bunu praktiki nümayiş etdirib. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi dövlətin diaspor quruculuğu siyasətinin əsəs tərkib hissəsidir. Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsi hər zaman dünya azərbaycanlılarını layiqli şəkildə koordinasiya edib.
20 il ərzində xaricdəki soydaşlarımızın təşkilatlanmasında və həmrəyliyin yaranmasında Dövlət Komitəsi əvəzsiz xidmətlər göstərib. Sizin Dövlət Komitəsinə rəhbərliyinizdən sonra Azərbaycan diaspor quruculuğu siyasətində yeni mərhələnin əsası qoyulub. Eyni zamanda diaspor təşkilatlarında canlanma müşahidə olunur. Vətən müharibəsindən sonra diaspor fəallarımızın xarici ölkələrdə önə keçməsi və müstəqillik tariximizdə ilk dəfə olaraq erməni diasprorunu məğlub durumuna salması bunu bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyev dəmir yumruq kimi dünya azərbaycanlılarını birləşdirdi.
Bu bizdə əminlik yaradır ki, artıq disporumuz təşkilatlanaraq mütəşəkkil hala gəlib. Biz vətəndən kənarda yaşamağımıza baxmayaraq, daimi azərbaycançılığı təbliğ edirik. Ürəyimizdə olan bütün arzumuz və missiyamız Vətəndən kənarda Azərbaycanı layiqli təmsil etməkdir. Kirovdakı azərbaycanlılar olaraq Azərbaycan uğurunda mübarizəyə hər zaman hazırıq.
Bu gün başda Siz olmaqla Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi dünya azərbaycanlılarının birliyi və Vətənə sədaqətli olması üçün ürəklə çalışır.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Sizi və kollektivi ürəkdən təbrik edirəm. Diasporumuzun inkişafı və yeni nailiyyətlər əldə etməsi yolunda əzmkar fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm”.