• 20 Aprel 2024
logo
Tarixçi: “İrəvandakı Göy məscidin İran məscidi adlandırılmasına son qoyulmalıdır”

Tarixçi: “İrəvandakı Göy məscidin İran məscidi adlandırılmasına son qoyulmalıdır”

“Göy məscid bu gün İrəvanda salamat qalan yeganə məsciddir. Bu məscid də İrəvanda Təpəbaşı məhəlləsinin ərazisində olub”.
Bunu “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov deyib
Tarixçi bildirib ki, Göy məscid Hüseynəli xan tərəfindən inşa edilib: “Son araşdırmalarda Hüseynəli xanın məhz Göy məsciddə dəfn olunduğu barədə məlumatlara da rast gəlinir. Göy məscidin həyətindəki 1790-cı ilə aid daş kitabənin xanın ailəsindən olan qadınlardan birinə aiddir. Göy məscidlə bağlı bütün sənədlər Azərbaycan arxivindədir. İran tərəfindən Göy məscidin İran məscidi adlandırılması qəbuledilməzdir. Təkcə Şeyxülislamlıq arxivində də bununla bağlı kifayət qədər sənəd var. Artıq Göy məscid dünyada Azərbaycan məscidi kimi tanınmalıdır. 1917-ci ildə İrəvanda cəmi 100-ə qədər fars yaşayıb. 1831-1920-ci ilə qədər İrəvanda yaşayanların əksəriyyəti məhz azərbaycanlılar olub. Bu gün də dünyada tanınmış tədqiqatçılar Göy məscidin İran məscidi adlandırılmasına gülürlər. 100 nəfərə məscid tikilməzdi, artıq Göy məscidin İran məscidi adlandırılmasına son qoyulmalıdır”