• 29 Mart 2024
logo
Təbrizdə Həsən Dəmirçinin anım mərasimi keçirilib

Təbrizdə Həsən Dəmirçinin anım mərasimi keçirilib - VİDEO

İyunun 24-ü Təbrizdə bir qrup yazıçı, mədəniyyət xadimi və milli-mədəni fəal Həsən Hergəlinin (Həsən Dəmirçi) məzarı başına toplaşaraq vəfatının dördüncü ildönümündə onun xatirəsini anıblar. Şair, musiqiçi və milli-mədəni fəal Həsən Hergəli (Həsən Dəmirçi) Azərbaycan türklərinin milli kimliyi və ana dili uğrunda apardığı mübarizəyə görə el arasında "Həsən Azərbaycan" kimi tanınırdı. Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə anadan olub və Güney Azərbaycanda klassik və muğam musiqisi üzrə ən çalışqan mədəniyyət xadimlərindən biri olub. Muğam musiqisi haqda bir neçə cild kitabın müəllifi olan Həsən Dəmirçi professor Məhəmmətağı Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə "Azərbaycan Mədəniyyət Ocağı" Dərnəyinin qurucularından olub. Həsən Dəmirçi Azərbaycan mədəniyyəti uğrunda apardığı fəaliyyətlərə görə dəfələrlə həbs edilib.

Gunaz.tv