• 12 Avqust 2022
logo
“Qarabağ” mövzusunda ssenari müsabiqəsinin vaxtı uzadılıb

“Qarabağ” mövzusunda ssenari müsabiqəsinin vaxtı uzadılıb

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” ssenari müsabiqəsinin sənədlərin qəbulu mərhələsinin müddəti uzadıldıb.
Bu barədə “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Bildirillib ki, reqlamentə əsasən iyun ayının 30-da layihələrin qəbulu başa çatmalı idi. Çoxsaylı müraciətləri nəzərə alaraq müsabiqənin sənəd qəbulu mərhələsinin iyul ayının 15-ə qədər uzadılmasına qərar verilib. Sənədlərin qəbulu elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.
Məlumat üçün bildiririk ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək. Qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.