• 19 Aprel 2024
logo
Məşhur İsrail yazıçısı vəfat edib

Məşhur İsrail yazıçısı vəfat edib

Məşhur İsrail yazıçısı və sülh fəalı Abraham Yehoşua 85 yaşında vəfat edib.
apnews.com xəbər verir ki, onun ölümü barədə Tel-Əviv xəstəxanası məlumat yayıb.
Abraham Yehoşua 1936-cı ildə Yerusəlimdə anadan olub. Onun əsərlərinə bir sıra filmlər çəkilib.
Müəllifin məşhur “Qocanın ölümü” adlı ilk kitabı 1962-ci ildə, ən son əsəri olan “Üçüncü məbəd” adlı novellası isə bu ilin əvvəlində nəşr olunub.
Yehoşua 1995-ci ildə Ədəbiyyat üzrə İsrail Mükafatını qazanıb.
Qeyd edək ki, Yehoşua müstəqil fələstinlilərlə münaqişənin danışıqlar yolu ilə həllinə çağıran həmkarları Amoz Oz və David Qrossmana qoşularaq İsrail sülh düşərgəsinin aparıcı simalarından biri olub.