• 29 Mart 2024
logo
Qətər səfiri Anar Kərimovu öz ölkəsinə rəsmi səfərə dəvət edib

Qətər səfiri Anar Kərimovu öz ölkəsinə rəsmi səfərə dəvət edib

İyunun 13-də mədəniyyət naziri Anar Kərimov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Faisal bin Abdullah Al-Hanzab və ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov ilə görüşüb.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, görüş zamanı ölkələrimiz arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinin və bu sahədə olan əməkdaşlığın vacibliyi vurğulanıb.
Anar Kərimov işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasında Qətər dövlətinin təcrübəsindən faydalanmağın mühümlüyündən bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna diqqət çəkib. Ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından söz açıb.
Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Anar Kərimov Qətəri də bu qlobal çağırışa qoşulmağa dəvət edib.
Görüşdən məmnunluğunu ifadə edən Abdullah Al-Hanzab ölkələrimiz arasında hümanitar və mədəni əməkdaşlıq məsələlərinə toxunub. Həmçinin Anar Kərimovu Qətər dövlətinə rəsmi səfərə dəvət edib.
Görüş tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.

Anar Kərimov Abdullah Al-Hanzab və Rəşad İsmayılov ilə görüşüb Anar Kərimov Abdullah Al-Hanzab və Rəşad İsmayılov ilə görüşüb