• 5 Dekabr 2020
logo
İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan film çəkildi

İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan film çəkildi

Bu günlərdə İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunan qısametrajlı film çəkilmişdir. Filmi İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilatı dəstəyi ilə çəkmişdir. Filmin layihə rəhbəri və ssenari müəllifi Ramiz Alıyev, Qurluşcu rejissoru isə Elvin Rüstəmzədədir. Filmin digər tərəfdaşı “Makmarin” LTD şirkəti, media tərəfdaşı isə Azad Azərbaycan Televizyasıdır. “Mələklərin Qurtuluşu” adlı qısametrajlı film insanların sosial şəbəkələr vasitəsi ilə aldadılaraq xaricə aparılmasına, orada onların bədən orqanlarının çıxarılaraq satılmasına və cinsi istismara məruz qoyulmasına həsr olunub.
Filmin icraçı prodüseri Nicat Həsənzadə, rejissoru Dilarə Vəliyeva, mantaj edən Elgün Xeyrullayev, rejissor asisstenti Anar Kərimli, quruluşçu operatoru Anar Dadaşov, operatoru Sübhan Quluzadədir. Filmdə xalq artisti Şamil Süleymanlı, əməkdar artist Gülər Nəbiyeva, aktrisalar Aytac Məmmədova, Sevinc Əliyeva, Gülmirə Fərzəliyeva, Günay Rüstəmli, Vüsalə sarı, aktyorlar Nicat Həsənzadə, İsmayıl Kərimov, Kamil Nazim, Asiman Ağa və s. rol almışlar. Qeyd edək ki, filimin rejissoru baş rolu gənc aktrisa Aytac Məmmədovaya həvalə edilmişdir.
Filmin çəkilişi “BİZ Group”-a, texniki dəstəyi isə “Baku Art Lab” şirkətinə məxsusdur.
Filmin çəkilişi zamanı dəstək göstərmiş təşkilatlar: “Pulman Hotel”, “Caspian Business Hotel”, “NB Lazur Hospital”, “Cafe Park Restoranlar Şəbəkəsi” , “Best Group Fotostudio”.
Qeyd edək ki, film yaxın günlərdə ictimaətə təqdim olunacaq.